Türkiyə 2027-ci ildə silah, sursat və hərbi sistemlərin alınmasına ayrılan xərcləri 229% artırmağı planlaşdırır
19.10.2026

Türkiyə hökuməti ölkənin hərbi potensialını gücləndirmək məqsədilə müdafiə sahəsinə ayrılan vəsaiti əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.

Yeni büdcə təklifinə əsasən, müdafiə xərclərinə təxminən 45 milyard dollar, daxili təhlükəsizliyin təmin olunmasına isə əlavə 26 milyard dollar ayrılması nəzərdə tutulur.

 Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib ki, Ankara dünyada dəyişən vəziyyəti nəzərə alaraq hərbi gücünü artırmaq siyasətini davam etdirəcək.

Nazirliyin açıqlamasında diqqət çəkən əsas məqam isə xərclərdə nəzərdə tutulan 229%-lik artımın bütün müdafiə büdcəsinə deyil, məhz silah, sursat və hərbi sistemlərin satın alınmasına aid olmasıdır.

 Hərbi xərclərin artırılması Türkiyənin yerli müdafiə sənayesinin daha da inkişaf etdirilməsi ilə müşayiət olunacaq.

2026-cı ilin ilk doqquz ayında Türkiyənin müdafiə və aerokosmik sənaye məhsullarının ixracı təxminən 6,9 milyard dollara çatıb.

Son 12 ay ərzində isə bu sahədə ixracın ümumi həcmi 10 milyard dolları ötüb.

 Bununla belə, təklif olunan xərclər hələ Türkiyə parlamenti tərəfindən təsdiqlənməlidir.

Ayrı-ayrı silah satınalma proqramlarına və müdafiə layihələrinə nə qədər vəsait ayrılacağı isə hələlik açıqlanmayıb.

visiontv.az