Tehran əyalətinin Qərçək şəhərinin cümə imamı Arami Azərbaycanda məktəbli geyimi ilə bağlı qərarı "İslama qarşı qərar" adlandırıb.
Xorrəmabad şəhərinin müvəqqəti mollası Behruz Şəmsifər isə sanki, Azərbaycanda vahid məktəbli geyiminin irqindən və dinindən asılı olmayaraq bütün şagirdlərə şamil olduğundan xəbərsiz olduğu üçün "bəzi dini rəmzlərin başqa dinlərin ardıcılları tərəfindən nə üçün qəbul edildiyi, lakin müsəlman qızların təhsil müəssisələrində islami örtükdən istifadə etdiklərinə görə maneələrlə qarşılaşdıqları aydınlaşdırılsın",- deyə sual ünvanlayıb.
Azərbaycanın orta məktəblərində nizam-intizam qaydalarına qarşı fikirlər səsləndirməklə İran mollaları öz ölkəsinin problemlərini ört-basdır etməyə çalışırlar.
visiontv.az

