İran Flydubai insidentinin arxasında Mossadın olduğunu iddia edir
02.10.2026

İran xüsusi xidmət orqanları Flydubai şirkətinin Dubaydan Təl-Əvivə uçan reysində baş verən insidentin arxasında İsrailin Mossad kəşfiyyat xidmətinin dayandığını iddia edib.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Mossadın Yaxın Şərqdə təyyarə və ya hava limanlarını hədəf alan, məsuliyyəti isə İranın üzərinə atmağa hesablanmış “saxta bayraq əməliyyatı” təşkil etdiyi iddia olunur. Agentlik bu fonda Flydubai reysinin qaçırılması cəhdinin “çox şübhəli” göründüyünü bildirib.

İran tərəfi hadisənin uğursuzluqla nəticələnən və İrana qarşı yeni müharibəyə haqq qazandırmaq məqsədi daşıyan təxribat olduğunu açıqlayıb.

Bununla yanaşı, pilotların Rusiya və Ukrayna vətəndaşları olması ilə bağlı bəzi media məlumatlarının təkzib edildiyi bildirilir. Məlumata görə, pilotlardan biri Oman, digəri isə BƏƏ vətəndaşıdır.

visiontv.az