İran Ermənistani Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyiə çalışır
27.07.2024

İranla Ermənistan arasında 500 milyonluq hərbi əməkdaşlıq müqaviləsinin imzalanması Tehran rejiminin sülhün əldə edilməməsinə hesablanıb.

Bununla İran Ermənistani Azərbaycana qarşı hərbi təxribatlara sövq etməyi planlaşdırıb. İranda yeni adminstrasiya çalışacaq ki, Azərbaycanla münasibətləri inkişaf etdirsin. Ermənistanla hərbi əməkdaşlıq məsələlərini arxa plana keçirsin.

İran sabiq prezidenti İ. Rəisinin prezidentliyi dönəmində Ermənistana silahlar verilib.

İranın Ali dini rəhbəri S. Ə. Xameneinin Ermənistanı silahlandırmasına razılıq verməsi, Azərbaycana qarşı düşmənçilik siyasətinin bariz nümunəsidir. İranın ali dini rəhbəri Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi və Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edir. Ali dini rəhbərə tabe olan SEPAH xətti ilə silahlar Ermənistana verilib.

Məhəmməd Əsədullazadə

visiontv.az