Erməni Politoloq Robert Marqaryan yazır:
"İranın "Milli Siyasət" Telegram kanalı dünən İran İslam Respublikasının Qafandakı yeni baş konsulunun təyinatını sərt tənqid edib.
Kanalın verdiyi məlumata görə, İran İslam Respublikasının Qafan şəhərindəki baş konsulu vəzifəsində Mürtəza Abedin Vəraminin yerinə Yayçı adlı azərbaycandilli şəxs təyin olunacaq. Bu vəzifənin strateji əhəmiyyəti böyükdür. Onun diplomatik təcrübəsi yoxdur və bu təyinata qədər o, İranın Xarici İşlər Nazirliyində mühasib işləyib.
Bu təyinat İranın İrəvana yeni səfir təyin etməsindən bir neçə həftə sonra baş tutub.
İranın Ermənistandakı keçmiş səfiri, təcrübəli diplomat Mehdi Sübhanini bu vəzifədə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin Tədqiqat işləri üzrə direktor müavini Xəlil Şirqulami əvəz edib. Bu, Şirqulaminin ilk diplomatik missiyasıdır.
İranın rolu və statusu, eləcə də iki xalq arasındakı minillik dostluq nəzərə alınmaqla, həmişə ən təcrübəli və səmərəli diplomatlarını Ermənistana göndərdiyi bir vaxtda bu səviyyədə belə təyinatlar edilir.
İranın Qafandakı baş konsulu kimi keçmişə malik bir şəxsin təyin edilməsi həm də vacibdir, çünki ötən il avqustun 9-da Vaşinqtonda keçirilən görüşdən sonra İranın Süniklə bağlı rəsmi açıqlamalarında ciddi dəyişikliklər müşahidə olunub.
Həqiqətən də, Paşinyanın "parlaq" xarici diplomatiyasının nəticəsi olaraq, bu gün Ermənistan min illərdir qonşusu və dostu olan bir ölkə qarşısında önəmini tədricən itirir və Qafanda baş konsul vəzifəsinə bir mühasib təyin olunur".
visiontv.az