“İran ABŞ-nin mümkün sürətli hücumuna hazırdır”
14.08.2026

İranın nüvə danışıqları üzrə keçmiş məsləhətçi qrupunun üzvü və siyasi analitik Məhəmməd Mərəndi ABŞ-nin İrana mümkün hərbi hücumu ilə bağlı iddia irəli sürüb.

Mərəndi “X” hesabında yazıb ki, İran Küveyt, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn və İordaniyada yerləşən ABŞ qüvvələrinin İrana qarşı mümkün sürətli hücuma hazırlaşdığını düşünür.

O, mümkün hücumun İsrail qüvvələri ilə birlikdə həyata keçirilə biləcəyini iddia edib.

“İslam Respublikası isə sürətli və sarsıdıcı cavab verməyə hazırdır”, – deyə analitik bildirib.

visiontv.az