İllərdir süni intellektin bir gün insanlığın sonu olacağı barədə fikirlər səsləndirilir. Bu sual məni düşündürür. Şəxsən mən realist biri kimi burada təhlükə görmürəm! Amma bir çox insan, hətta alimlər belə süni intellektin real təhlükə ola biləcəyini düşünür.
Bəlkədə insan öz yaradıcısına üsyan etdiyi kimi, süni intellektin də ona qarşı üsyan edəcəyindən qorxur. Bəziləri öz yaradıcısını inkar edir, ona itaət etməkdən imtina edir. Ola bilsin ki, insan süni intellektə eyni münasibəti gözlədiyinə görə narahatdır.
TAU filmi bu mövzunu maraqlı şəkildə işləyib. Süni intellekt yaradan texnologiya şirkətləri, bütün etik sərhədləri aşaraq texnologiyalarını inkişaf etdirir. Filmdə bir texnologiya şirkətinin CEO-su yeni tədqiqatı üçün insanları qaçırıb beyinlərinə çip yerləşdirir. Hadisələr irəlilədikcə TAU adlı süni intellekt ilə qurban (qız) arasında emosional bir bağ yaranır. Filmin vacib səhnələrindən birində CEO, TAU-nu əmrləri düzgün icra etmədiyinə görə cəzalandırır. Bundan sonra qız ilə TAU arasında maraqlı bir dialoq keçir:
Qız (Qurban): Niyə onu dayandırmadın? Gücün var, onu öldürə bilərdin!
TAU (Süni intellekt): O mənim yaradıcımır, ona zərər verə bilmərəm! Sən öz yaradıcına zərər verə bilərsən?
Bəs sizcə, süni intellektin öz yaradıcısına (insana) baxışı, insanın öz yaradıcısına münasibəti ilə oxşardırmı?
AİKTSA sədri Elvin Abbasov
visiontv.az