Prezident İlham Əliyev Vahid Novruzovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Visiontv.az-ın verdiyi xəbərə görə, sərəncama əsasən, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Tapdıq oğlu Novruzov "Şöhrət" ordeni ilə təltif edilir.