13.012.2019
Axtar
Gündəlik
alt

İki yaşayış binasında YANĞIN oldu! -YENİ

Bir yanğının qarşısı alınsa da o birsi hadisə ölümlə nəticələnib

Visiontv.az xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 FHN- nin məlumatına əsasən qeyd edək ki,  digər yanğın hadisəsi Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində  baş verib. Ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

fhn.gov.az

Şərh