Ərdəbil sakini Mənsur İbadi Qarçan 9 yanvar 2026-cu ildə şəhərin Behjui küçəsində ağır güllə yarası alıb və bir neçə gün sonra vəfat edib.
Bu barədə Ərk Azərbaycan İnsan Haqları Cəmiyyəti məlumat yayıb.
Ərk Cəmiyyəti Mənsur İbadi Qarçanın işinin təfərrüatlarının məxfilik prinsipinə uyğun olaraq qeydə alındığın, yalnız ədalətin bərqərar olması və beynəlxalq hüquq mexanizmlərində istifadə edilməsi məqsədilə istifadə ediləcəyini açıqlayıb.
Cəmiyyət həmçinin İslam Respublikasının cinayətlərinin qurbanlarının ailələrini, şahidlərini və digər məlumatlı şəxsləri bu işlərin unudulmasının qarşısını almaq və ədalət yolunu gücləndirmək üçün məlumat və sənədlərini insan hüquqları qurumlarına təqdim etməyə çağırıb.
visiontv.az