ABŞ Prezidenti Donald Tramp Dieqo-Qarsiya adasındakı Amerika hərbi bazasının mövcudluğuna təhlükə yaranacağı təqdirdə, Vaşinqtonun onu hərbi vasitələrlə qorumağa hazır olduğunu bildirib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.
Bununla belə, Tramp vurğulayıb ki, gələcəkdə icarə müqaviləsi ləğv edilərsə və ya ABŞ-ın bazadakı əməliyyatları və qüvvələri təhdid altına düşərsə, Amerika Dieqo-Qarsiyada hərbi mövcudluğunu təmin etmək və gücləndirmək hüququnu özündə saxlayır.
