Türkiyə bölgədə müharibənin qarşısını almaq üçün Vaşinqtonla Tehran arasında vasitəçilik təşəbbüsləri ilə çıxış etdi, İranın xarici işlər naziri Abbas Əraqçı mütəmadi olaraq türkiyəli həmkarı Hakan Fidanla təmas qurdu, danışıqlar aparıldı.
Hakan Fidan Əbbas Əraqçı ilə Trampın müşaviri Uitkofun İstanbulda görüşünü təşkil etməyə hazırlaşdığı ərəfədə, Tehrandan qəribə mesaj gəldi: “Görüşün Türkiyədə deyil, Omanda keçirilməsini istəyirik”. Tehran Türkiyənin vasitəçiliyindən niyə imtina etdi? Bu tarixi rəqabət, yoxsa Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir? Bir sözlə Tehran Türkiyənin yaxşılığına məntiqsiz cavab verdi. Omanın özündə də görüş sual altındadır. İran mühafizəkarları ABŞ təmsilçiləri ilə ancaq uranın zənginləşdirilməsi mövzusunu müzakirə edə biləcəklərini, digər mövzuları (ballistik raket istehsalını azaltmaq, proksi qüvvələrə dəstəkdən imtina) müzakirə etməyəcəyəklərini açıqlayıblar. Belə olan halda Vaşinqton görüşün baş tutmayacağını açıqlayıb. Masa dağıldı. Daha bir fürsət qapısı bağlandı. Ağ Ev “Xudahafiz” dedi.
Elxan Şahinoğlu
visiontv.az