Filippində daha bir güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
03.12.2023

Filippin sahillərində 6,4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 km şimal-şərqdə, 64 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.