ETTELAAT İsrailin Meksikadakı səfirinə qarşı sui-qəsd hazırlayıb
11.11.2025

İranın xüsusi xidmət orqanları Meksikada İsrail səfirinə qarşı sui-qəsd hazırlayıb.

Bu barədə Amerika və İsrailin adı açıqlanmayan rəsmilərinə istinadən “Axios” portalı məlumat yayıb.

Portalın yaydığı Məlumatda sui-qəsd planının İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xüsusi təyinatlı “Əl-Qüds” birliyi tərəfindən hazırlandığı bildirilir.

Məlumata görə, planın icrasına 2024-cü ilin sonunda başlanılıb və proses 2025-ci ilin ilk yarısında davam edib və hədəf Meksikadakı İsrail səfiri Eynat Krants-Nayger olub.

Portalın iddiasına görə Meksika xüsusi xidmət orqanları bu sui-qəsdin qarşısını yay aylarında alıblar. Hadisə “Əl-Qüds” birliyinin üzvü tərəfindən təşkil olunub. O, Venesueladakı İran səfirliyində işləyib və Latın Amerikasından agentlər cəlb edirmiş.

Meksikanın Xarici İşlər Nazirliyi və Vətəndaşların Təhlükəsizliyi ilə Müdafiəsi Nazirliyi isə ölkədəki İsrail səfirinə qarşı ehtimal olunan sui-qəsd cəhdi barədə heç bir məlumata malik olmadıqlarını bəyan ediblər.

visiontv.az