İranda 3 həftəyə yaxın etiraz aksiyalarının yatırılmasından sonra, Tehran hökuməti yeni etiraz dalğasının başlanmasının qarşısını almaq üçün ehtiyat tədbirləri görür.
Bu barədə xarici media yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumatlarda İran polis və xüsusi qüvvələrinin etirazlara qarşı yeni texnikalarını nümayiş etdirdikləri də əks olunub.
Bildirilib ki, gözlənilən etiraz aksiyalarını yatırmaq üçün nümayiş etdirilən yeni texnikalar son günlər ərzində Çin və Rusiyadan ölkəyə gətirilib.
Qeyd edək ki, bundan əvvəl Çinə məxsus hərbi yük təyyarələrinin 56 saat ərzində 16 dəfə İrana açıqlanmayan yüklər dşıdığı barədə məlumatlar yayılmışdı.
visiontv.az