Estoniya Azərbaycan və Ermənistan arasında delimitasiya ilə bağlı son razılaşmanı alqışlayıb
24.04.2024

Estoniya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya ilə bağlı son razılaşmanı alqışlayır.

Visiontv.az  APA-ya istinadən  xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Estoniya  Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesində baş verən əlamətdar irəliləyişi və 1991-ci il  Alma-Ata  Bəyannaməsinə əsaslanan ilk sərhəd nişanının quraşdırılmasını alqışlayır.

Prosesin davamını səbirsizliklə gözləyirik!", - paylaşımda qeyd olunub.

visiontv.az