Sülh müqaviləsində daha 1-2 məsələ var ki, onun üzərində iş davam etdiriləcək.
APA “aysor.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2025-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu, normal danışıqlar prosesidir.
XİN rəhbəri yaxın gələcəkdə hər iki ölkənin yerdə qalan 1-2 bənd üzrə razılığa gələ biləcəkləri barədə nikbin olduğunu qeyd edib və əlavə edib ki, bundan sonra sülh müqaviləsinin mətni tam razılaşdırılmış olacaq.
Visiontv.az