"Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırdır"
03.07.2024

Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırdır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmkarı İliya Darçiaşvili ilə birgə mətbuata açıqlamasında deyib.

O, Ermənistanın Türkiyə ilə sağlam dialoqunun olduğunu və diplomatik münasibətlərin əsasının təsis edilməsinin vaxtının yetişdiyini qeyd edib.

Visiontv.az