Ərdəbildə tarixi körpü dağıdılıb
20.07.2026

Ərdəbil əyalətində yerləşən tarixi Qırmızı körpünün bəzi hissələri dağıdılıb.

Bu haqda yerli media məlumat yayıb.

Körpüdə xəsarətlərin tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları zamanı meydana gəldiyi bildirilib.

Qeyd edək ki, Səfəvi dövrünün memarlıq nümunələrindən olan Qırmızı körpü Ərdəbil-Nəmin yolunun 7-ci kilometrliyində Balıqlı çay üzərində yerləşir.

visiontv.az