Ölkəmizi idarə edən qanunsuz, korrupsiyalaşmış və qanlı dini diktatoraya son qoyulması və ölkə xalqının hər hansı bir xarici müdaxilə olmadan öz taleyi üzərində suverenliyə sahib olmasını tələb edirik.
Bu İranda yaşayan tanınmış alim, sosioloq, universitet müəllimi və siyasi fəalların yaydığı bəyanatda deyilib.
Bəyanat müəllifləri etirazçıların öldürülməsini pisləyib və Əli Xaməneinin istefa verməsini və ya vəzifədən kənarlaşdırılması tələb ediblər.
Fatimə Şəms, Rza Əlicani, Məhəmməd Əli Kədivər, Əbdüləli Bazərqan, Suruş, Hüseyn Dabbaq və Həsən Yusifi Əşkevari kimi tanınmış şəxsiyyətlərin imzaladığı bəyanatda İran rəhbəri Əli Xamənei vətəndaşların səsini dinləməməkdə ittiham olunub:
"Hakim dini diktaturanın mütləq hökmdarı və əbədi lideri olan Əli Xamənei qan tökmək əvəzinə, İranın müdafiəsiz xalqının səsini dinləyərək istefa verməli və ya vəzifədən kənarlaşdırılmalıdır. Bu baş verdiyi təqdirdə, dünyəvi hökumətin və xalqın tələblərini yerinə yetirən hökumətin iş başına gəlməsi reallaşacaq. Eyni halda milli alternativin yaradılması, referendum keçirilməsi, Təsisçilər Məclisinin qurulması və yeni konstitusiyanın yazılması mümkün olacaq."
visiontv.az