Əli Xamənei yenidən fars dilinin durumundan narahat olduğunu bildirib
28.03.2024

İran rəhbəri Əli Xaməneinin növbəti dəfə fars dili və ondan istifadə qaydaları ilə bağlı narahatlığını ifadə edib.

O, bu barədə hakimiyyətə bağlı bir qrup şair və məddahla görüşü zamanı deyib.. 

Əli Xamənei, şairləri fars dilinin qaydalarını qorumağa və təmiz fars dilində yazmağa çağırıb.

Xarici sözlərin fars dilində çoxluğundan gileylənən Əli Xamənei, əlaqədar qurumların bununla bağlı tədbir görmələrini istəyib.

"Təssüflə əcnəbi dillərin, xüsusən ingilis dili və Qərbi Avropa dillərinin nüfuzu və hücumu artıb. Fikrimcə bunun əksiolmalıdır, gərək firəng (xarici dillər nəzəri tutur-red) lüğətlərinin fars dilində bundan artıq çoxalmasının qarşısı alımalıdır, fars dilinin təmizlənməsi üçün işlər görülməlidir, fars dili gərək təmiz, əsil olsun",- Əli Xamənei vurğulayıb.

Həmin görüşdə bir sıra şairlər Əli Xaməneini "dünya fars dillilərinin rəhbəri" adlandırıblar.

Qeyd edək ki, bundan əvvəl fevral ayında da, Xamənei oxşar fikirlər səsləndrib və fars dilinin durumundan narahatlığını bildirmişdi.

Xatırladaq ki, fars dilinin inkişafı və yeni fars sözlərinin yaradılması ilə məşğul olan Fars Dili və Ədəbiyyatı Akademiyası ölkədə ən çox büdcə ayrılan qurumlardan biridir.

visiontv.az