Əli Nağıyev Ərdoğanla görüşdü - FOTOLENT
07.01.2020

Bu gün Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) yeni binasının açılışı olub.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, KALE adlanan yeni binanın açılışını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib.

Tədbirə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev də qatılıb. DTX rəisi Türkiyə Prezidenti ilə yanaşı, bu ölkənin MİT başqanı Hakan Fidanla da görüşüb.