“Dövlətimin gücünü, möhkəm mövqeyini hiss edən bir vətəndaş olaraq geri qayıtdım”
Videonu Aç
12.02.2024

Türkiyənin ilk astronavtı Alper Gezeravcı, “Buraya vəzifəmi yerinə yetirən bir şəxs kimi deyil, dövlətimin gücünü, əzmini və möhkəm duruşunu hiss edən Türkiyə Cümhuriyyətinin vətəndaşı olaraq geri qayıtdım” dedi.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Beynəlxalq Kosmik Stansiyada ilk insanlı kosmos elmi missiyasını başa vurduqdan sonra vətənə qayıdan Alper Gezeravcı, Esenboğa Hava Limanında Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır ilə sualları cavablandırıb.

Gezeravcı, “Bunun xoşbəxtliyi və qüruru ilə atılacaq növbəti addımları mən də məmnuniyyətlə gözləyəcəyəm” deyə vurğulayıb.

İlahə Əliyeva