DMX yanında İctimai Şuranın üzvləri Gəncəyə səfər edib
10.06.2021

Gəncə şəhərində geniş heyətlə işgüzar səfərdə olan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Gəncə üzərinə təşkil olunan raket hücumu nəticəsində həlak olmuş şəhər sakinlərinin əziz xatirəsini yad ediblər, müxtəlif yerlərə atılmış raketlərin səbəb olduqları dağıntılarla tanış olublar.

Visiontv.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov məlumat verib.