Çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
26.07.2024

"Azərbaycanda onun qiymətində azalmalar müşahidə edilir və qiymət azalmaları topdansatış qiymətlərində özünü göstərməkdədir. Belə ki, 50 kq unun qiymətində orta hesabla iki manata yaxın azalma var".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O əlavə edib ki, əgər unun qiymətindəki azalmalar uzunmüddətli olarsa, yenidən hər hansı qiymət dəyişikləri baş verməsi bu çörəyin qiymətinə təsir göstərə bilər:

"Hələlik qiymət azalmaları yeni baş verib və qiymət azalmalarının hansı müddəti əhatə etməsi çörəyin qiymətinə təsir göstərəcək.
Amma əgər iqtisadi baxımdan unun qiymətindəki azalmalar davam edərsə, bu pərakəndə olaraq xərclərin azalması və çörəyin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər".

Visiontv.az