COVID-19 pandemiya dövrü ilə əlaqədar yaranmış altı illik fasilədən sonra Çin və Şimali Koreya paytaxtlarını birləşdirən qatar reysləri bu həftə yenidən fəaliyyətə başlayır.
Visiontv.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Pekinlə Pxenyan arasında dəmiryol xidməti cümə axşamından etibarən həyata keçiriləcək, qatar yerli vaxtla 17:26-da (Bakı vaxtı ilə 13:26 - red.) Çin paytaxtından hərəkətə başlayacaq və növbəti gün saat 18 radələrində mənzilbaşına yetişəcək. Marşrut üzrə sərhədə yaxın Çin şəhərlərindən birində dayanacaq nəzərdə tutulur. Çinin Dövlət Dəmir Yolu Korporasiyasının sözçüsü agentliklə söhbətində qatarların həftə ərzində dörd dəfə fəaliyyət göstərəcəyini qeyd edib.
Qatarın axırıncı iki vaqonu sərnişinlərin daşınması üçün nəzərdə tutulacaq. Bu xətdən daha çox, qonşu dövlətə xidməti işləri ilə əlaqədar gedən diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslərin istifadə edəcəyi proqnozlaşdırılır.
visiontv.az