Baş nazir: İraq ərazisi qonşulara qarşı istifadə edilməməlidir
10.03.2026

İraq ərazisi hücum üçün qonşulara qarşı istifadə edilməməlidir.

Visiontv.az  “Əl Ərəbiyyə”  telekanalına istinadən xəbər verir ki, bunu İraq Baş naziri  Məhəmməd  Şiya əs-Sudani  ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığında deyib.

Sudani  İraqın istənilən bu cür təşəbbüsü rədd etdiyini bildirib.

Rubio isə “İran və onun dəstəklədiyi qruplaşmalar tərəfindən  ABŞ-ın mövqelərinə qarşı terrorçu hücum”ları qınayıb.

O, İranı  ABŞ-ın regiondakı diplomatik heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb.

visiontv.az