İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub.
Visiontv.az APA -ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri bildirib ki, ötən gecə ərzində Livanın Ansar şəhərində Hizbullahın komanda mərkəzləri və digər infrastruktur obyektlərinə zərbə endirilib.
Məlumatda zərbə endirlilən yerlərdən İsrailə raketlər atıldığı bilidirilib.
Raket buraxılan ərazilər yaşayış binalarının yaxınlığında olduğu üçün IDF əvvəlcədən şəhər sakinlərinə evakuasiya barədə xəbərdarlıq edib.