Ukrayna mediası süni intellektdən istifadə edilərək hazırlanmış “İdeal sonluq” adlı videorolik yayımlayıb. Kadrlarda Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov Alyaskada Tramp ilə görüşdən əvvəl Vladimir Putinə atəş açır.
Videoda süni intellekt texnologiyası vasitəsilə emal edilmiş səhnələr yer alıb. Süjetə görə, hadisə Putin və ABŞ prezidenti Donald Trampın görüşü ərəfəsində baş verir. Rolik Ukrayna informasiya məkanında geniş yayılıb və rezonans doğurub.
Hazırda bu video rəsmi səviyyədə şərh olunmayıb, lakin onun yayımlanması bir sıra mübahisələrə və beynəlxalq reaksiyalara səbəb ola bilər.
visiontv.az