Bu ay Azərbaycana “Sputnik V” vaksininin daha böyük partiyalarının gətiriləcəyi gözlənilir
11.05.2021

“Biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik”.

Visiontv.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevlə görüşündə deyib.

Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyasının gətirildiyini deyən Rusiya XİN başçısı qeyd edib ki, bu ay daha böyük partiyalar gözlənilir: “Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”.