KİV: Macarıstan Azərbaycana görə Aİ Sülh Fondundan Ermənistana dəstək verilməsini bloklayır
30.04.2024

Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.

 Bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb. Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

visiontv.az