Lavrov tacikistanlı həmkarı ilə yaranmış gərginliyi müzakirə edib
30.04.2024

Rusiya ərazisində həyata keçirilən təhlükəsizlik tədbirləri bu və ya digər xalqa qarşı yönəlməyib.

Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə telefon söhbətində deyib.

O qeyd edib ki, atılan bütün addımlar terrorla mübarizə xarakteri daşıyır və bütövlükdə əhalinin təhlükəsizliyinin təmin olunmasını hədəfləyir.

Tərəflər həmçinin görülən bütün tədbirlərin ölkələrarası münasibətlərə xələl gətirməməsinin zəruriliyini bildiriblər.

Qeyd edək ki, ötən gün Tacikistan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə nota göndərib, səfir  Semyon Qriqoryevi  XİN-ə çağırıb. Tacikistan XİN  Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu bəyan edib.

visiontv.az