Britaniya hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə order verməsinə etiraz etməyəcək
29.07.2024

Böyük Britaniyanın yeni hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail Baş naziri Benyamin Netanyahuya qarşı həbs orderinin verilməsinə etiraz etməyəcək.

Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Rişi Sunakın rəhbərlik etdiyi hökumət BCM-nin İsrail vətəndaşlarının həbsinə göstəriş vermək hüququnun olub-olmadığını sorğulayan arqumentlər təqdim etmək niyyətində olduğunu bildirmişdi. Lakin bu səhər Keir Stramerin rəhbərlik etdiyi yeni hökumətin sözçüsü hökumətin əvvəlki administrasiyanın təklifini irəli sürməyəcəyini bildirib. Baş nazir Starmerin ofisi həbs qərarı ilə bağlı müraciətlərin “məhkəmənin qərar verəcəyi məsələ” olduğunu vurğulayıb.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan may ayında İsrailin Qəzzadakı müharibəsinə görə İsrailin Baş naziri Netanyahu və müdafiə naziri Yoav Gallantın həbsinə order verilməsini istəyib.

visiontv.az