"Bloomberg": ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı razılaşmanı rəsmiləşdirməyə yaxındır
12.06.2026

ABŞ və İran gələn həftə keçiriləcək "Böyük yeddilik" (G7) ölkələri liderlərinin sammiti fonunda Hörmüz boğazının açılması barədə razılaşmanın bağlanmasına yaxınlaşır.

 Bunu "Bloomberg"ə yüksək vəzifəli rəsmilər bildiriblər.

Yüksək vəzifəli İran rəsmisinin sözlərinə görə, razılaşmanın əldə olunma ehtimalı yüksəkdir.

Başqa bir mənbə əlavə edib ki, böyük ehtimalla, razılaşma tam hüquqi qüvvəyə malik müqavilə kimi deyil, anlaşma memorandumu kimi rəsmiləşdiriləcək.

Xatırladaq ki, bu il G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian şəhərində keçiriləcək.

visiontv.az