Günəşin ətrafındakı 365 günlük çətin bir yol
12.06.2026

Diametri 12 762 km olan bir qaya parçasının çox incə və stabil olmayan qabığının üzərində hər şey yolunda imiş kimi yaşayırıq. Adı Yer kürəsidir. Öz ulduzuna nə çox yaxındır, nə çox uzaq. Elə bir məsafədədir ki, üzərindəki həyat üçün ən lazımlı, ən sadə bir kimyəvi birləşmə olan H2O hər üç halda var ola bilir.

Qütbləri ilə ekvatoru arasında temperatur fərqi 70 dərəcə selsidən çox olur. Bu fərq atmosferdə nəmi, okeanda suyu Yerin ətrafında dolanmağa məcbur edir. Qütbdən gələn soyuq su ekvatorda isti su ilə birləşəndə daha da dinamik bir hala gəlir.

Bu qarmaqarışıq görünən hal Yerdə bəzi bölgələrin səhra, bəzi bölgələrin isə bolluq içində olmasına səbəb olur. Şəkidə -5 dərəcə Selsidə sakit qar yağarkən eyni vaxtda Hindistanda Dehli əhalisi yağan güclü leysanla qarışıq dolu yağışının altında qaçışır.

Planetimiz Günəşdən gələn möhtəşəm enerjiyə reaksiya verir. Günəş işığı - Okean - Atmosfer birlikdə işləyərək heç vaxt tapa bilməyəcəyi bir tarazlıq axtarır.

Öz oxu ətrafındakı yüksək sürəti (saatda 1600 km) ilə yeganə peyki Ayı da öz arxasınca sürükləyərək Günəşin kosmosda yaratdığı bükülmüş çuxura doğru yuvarlanır.

150 000 km radiusa sahib nəhəng bir maqnit sahəsi var. Bu gözə görünməz sahə bizi kosmosun ölümcül radiasiyasından qoruyur.

Çox danışmaq olar Evimiz haqqında. Sizcə, bu gözəllikdə bir Yuvanı tərk etmək vacibdir mi? Burda doğulmuşuq, burda da ölməliyik mi?

Astronomy club

visiontv.az