Bişkək Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib: Ağdamın Xıdırlı kəndində məktəb binası tikəcək
24.04.2024

Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfər iki ölkə arasındakı əməkdaşlığa və türk dövlətləri arasındakı interqasiyaya töhvə verəcək.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekə səfər edərək Qırğızıstan prezidenti ilə görüşmüşdü. Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Qazaxıstan və Özbəkistanın türk ittifaqına marağı artıb. Astana və Daşkənd Moskva və Pekinlə sıx münasibətlərə malik olsalar da, xarici və təhlükəsizlik siyasətini şaxələndirməyin doğru olduğu qənaətindədirlər. Qırğızıstan da bu prosesdə geri qalmaq istəmir. Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Bişkək Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib, Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini həyata keçirəcək.

Elxan Şahinoğlu

visiontv.az