Bir çox insanlar səhər yuxudan duranda heç yatmamış kimi hiss edirlər
02.06.2023

Bunun əsas səbəbi kimi fibromiyaljiyə göstərilir. Bu problemin müalicəsinin olmadığı bildirilib.

Müxtəlif əzələ ağrıları, yuxusuzluq, yatarkən belə hiss edilən halsızlıq, bağırsaq problemləri, miqren, bəzən də bu fiziki şikayətlərlə müşayiət olunan depressiya kimi özünü göstərən fibromiyaljinin daha çox qadınlarda görüldüyünü bildirib. Fibromiyaljinin revmatik və ya iltihablı bir xəstəlik olmadığı, xəstəliyin xroniki olduğunu aydınlaşıb.

Visiontv.az Big.az - a əsasən bildirir ki, xəstəliyin yuxu və idrak funksiyalarında problemlərə səbəb olduğu məlumdur. Xəstəliyin bir səbəbi olmadığı və müalicəsinin başqa xəstəliklərlə qarışdırıldığı məlumdur.

Buna bəzən əzələ revmatizmi deyirlər, amma bu, revmatik bir xəstəlik deyil. Səbəbi dəqiq bilinməsə də bu xəstəlik, özünü ağrı ilə büruzə edir.

Fibromiyaljindan əziyyət çəkənlərin həkimə müraciət etmələrinin səbəbi adətən "əzələ ağrıları" olur.

Bununla belə, daxili orqanların əzələləri, spastik kolon, sinir kolitləri, ürək döyüntüsü, baş ağrısı, əllərdə uyuşma, çənədə qıcılma və diş qıcama kimi şikayətlərin də müşahidə edildiyini bildirdi.