Bəhreyn İranın 78 raket və 143 dronunu zərərsizləşdirib
06.03.2026

Bəhreyn Hava Hücumundan Müdafiə Qüvvələri bölgədə müharibə başlayandan bəri İran ərazisindən buraxılmış 78 raket və 143 pilotsuz uçuş aparatını məhv edib.

Visiontv.az  APA-ya  istinadən  xəbər verir ki, bu barədə Bəhreyn Silahlı  Qüvvələri  Komandanlığının bəyanatında deyilir.

Komandanlıq  Bəhreyn sakinlərinə ehtiyatlı olmağı, “evdə qalmaq və yalnız zəruri hallarda küçəyə çıxmağı” tövsiyə edib.

visiontv.az