Pakistan Əfqanıstanla sülh danışıqları üçün şərtini açıqladı
06.03.2026

"Əfqanıstan onun ərazisindən sərhədyanı hücumlar təşkil edən silahlı qruplaşmaları dəstəkləməyi dayandırmasa İslamabad Kabil ilə danışıqlara başlamayacaq".

Visiontv.az  "Bloomberg" agentliyinə istinadən xəbərinə görə, bu barədə Pakistanın Baş naziri  Şahbaz Şərifin Dəftərxanasının nümayəndəsi Müşərrəf Zəidi bildirib:

"Hər hansı danışıqlar olmayacaq. Əfqanıstanda terrorizmə son qoyulmalıdır".

Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalır.

visiontv.az