BƏƏ İranın milyardlarla aktivlərini dondurur
06.03.2026

Birləşmiş Ərəb Əmirlikləri İranın Fars körfəzi ölkəsindəki milyardlarla dollarlıq aktivlərini dondurmağı düşünür və bu, İslam Respublikasının ən vacib iqtisadi arteriyalarından birini kəsə bilər.

Visiontv.az  Axar.az -a istinadən  xəbər verir ki, bu barədə  “Voll Strit Jurnal” (The Wall Street Journal) məsələ ilə tanış olan mənbələrə istinadla məlumat yayıb.

“Əgər  BƏƏ  qərarı tətbiq edərsə, İslam  Respublikasının  xarici valyutalara və qlobal ticarət şəbəkələrinə çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail və  ABŞ  28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İran ali dini lideri Əli Xamenei başda olmaqla, 40-a yaxın yüksək çinli məmur və hərbi komandir ölüb.

İran cavab olaraq  ABŞ-ın  Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə zərbələr endirir. Amma İran Körfəz ölkələrində mülki infrastrukturu da vurur. İranın ən çox zərbə endirdiyi ölkələrdən biri də BƏƏ-dir.

visiontv.az