Delfinlərin balon balıqları ilə oynadığı və bunun onlara yüngül narkotik təsir göstərdiyi barədə maraqlı müşahidələr var. Balon balıqları (tetrodotoksin ifraz edən növlər) zəhərli canlılardır, lakin müəyyən dozada bu zəhər delfinlərə xoş təsir göstərə bilər.
Bəzi tədqiqatçılar müşahidə ediblər ki, gənc delfinlər balon balıqlarını ağızlarında ehtiyatla sıxır, onları buraxır və yenidən təmasda olurlar. Bu davranışın təsiri altında delfinlərin hərəkətləri dəyişir – sanki yüngül trans vəziyyətinə düşürlər. Onlar daha rahat üzür, qeyri-adi davranış sərgiləyirlər.
Neandertal
visiontv.az