Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb
23.09.2021

Bakıda qətl hadisəsi törədilib. Visiontv.az report-a istinadla bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində iki qardaş - 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb.

Faktla bağlı araşdırma aparılır.