Azərbaycanlı siyasi məhbus edama məhkum edildi
15.09.2026

Hazırda Bəndər Abbas şəhərinin həbsxanasında saxlanılan 32 yaşlı siyasi məhbus Sevda İbrahimi Şəmsabadi edama məhkum edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

32 yaşlı xanımın müharibə ilə bağlı həbs edilərək ittiham olunduğu bildirilib.

Ona qarşı "fitnə yaymaq", "rəhbərliyi təhqir etmək", "milli təhlükəsizliyə zidd media və təbliğat fəaliyyəti aparmaq", "düşmən hökumətlərin xeyrinə kəşfiyyat və təhlükəsizlik fəaliyyətləri etmək" və "hərbi obyektlərin şəkillərini çəkərək xarici ölkələrdəki farsdilli mediaya göndərmək" ittihamları irəli sürülb.

Qeyd edək ki, Ərak şəhərində anadan olan Sevda İbrahimi Şəmsabadi Tehranda yaşayıb və cari ilin mart ayının 29-da həbs edilib.

visiontv.az