"Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlanır"
25.07.2024

Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlanma mərhələsindədir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

“Ermənistanın cavab təklifləri sülh müqaviləsini mümkün qədər tez bağlamaq üçün Ermənistanın səsləndirdiyi və təqdim etdiyi prinsipial təklifə uyğun olaraq hazırlanmaqdadır”, - o bildirib.

Ermənistan tərəfi bunun Azərbaycanın təqdim etdiyi 10-cu təkliflər paketi olduğunu açıqlayıb.