Azərbaycanla Fransa arasında siyasi dialoq pozulub
Azərbaycanla Fransa arasında siyasi dialoq pozulub
02.12.2022 MEDİA Tərəfindən

"Təəssüflər olsun ki, Fransa bir daha göstərdi ki, o ermənipərəst ölkədir". Bu fikirləri Visiontv.az saytına açıqlama verən politoloq İlqar Vəlizadə bildirdi.

"Təəssüflər olsun ki, Fransa bir daha göstərdi ki, o ermənipərəst ölkədir. Fransa parlamenti və dövləti antiazərbaycan mövqeyində dayanıbdır. Bu isə Azərbaycanla Fransa arasındakı münasibətlərin maksimum aşağı xəttə endirilməsinə səbəb olub. Yəni artıq siyasi dialoq pozulub. Bundan başqa digər sahələrdə olan əməkdaşlıq və dialoqlardan danışmaq da çox çətindir. Əlbəttə ki, müxtəlif səviyyədə  xüsusən də biznes sahəsində Fransayla əlaqələr var. Amma siyasi münasibətlərimiz yoxdu. Həm də Fransa regionda özü öz rolunu məhdudlaşdırır. Belə vəziyyətdə regiondakı proseslərin Fransasız davam etməsi realdır. Yalnız Ermənistan və Gürcüstanla münasibətlər qurmaqla regionda öz maraqlarını təmsil edə bilməz. Çünki regionun aparıcı iqtisadiyyatı Azərbaycana məxsusdur". 

Bünyamin Bünyadzadə

Visiontv.az