Azərbaycanın İrandakı səfiri: Səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib
06.03.2026

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib.

Bu barədə  Azərbaycanın  İrandakı səfiri Əli Əlizadə  "X" platformasında paylaşım edib.

"Son 3 ildə  (2023-2026) artıq ikinci təxliyə", - səfir vurğulayıb.

Qeyd edək ki,  Azərbaycan  xarici işlər naziri  Ceyhun Bayramov  Bakıda Moldova  Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri  Mixay Popşoi ilə bu gün birgə mətbuat konfransında  Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki  Baş konsulluğunun əməkdaşlarının  təxliyəsi  ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.

visiontv.az