Azərbaycandan Ermənistana 17 çən vaqon dizel göndərilib
03.09.2026

Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib.

17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan  Ermənistana  Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək  Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın  Aİ-92 və  Aİ-95 benzini ixrac olunub.

visiontv.az