Azərbaycanda tanınmış idmançı vəfat etdi
17.07.2024

Azərbaycanda idman ictimaiyyətinə ağır itki üz verib.

Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi Murad Məsləhət oğlu Heydərli 16 iyul 2024-cü il tarixində, 27 yaşında vəfat edib.

Bu Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı M.Heydərli karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.

BAKU.WS