Azərbaycanda əlillik qrupları ləğv edilir - SON DƏQİQƏ
07.05.2020

Azərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.

Visiontv.az “report”a istinadən xəbər verir ki, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.

Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.