Azərbaycana kərə yağı idxalı kəskin artıb
17.03.2025

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 36 milyon 843 min ABŞ dolları dəyərində 5 min 338 ton kərə yağı idxal edilib.

Visiontv.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 80% və ya 2370 ton, dəyər baxımından isə 2.4 dəfə və ya 21.3 milyon ABŞ dolları artıb.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0.64%-ni təşkil edib.



Gündəlik

slide 7 to 10 of 8